Medvedevdən Paşinyana: “Prezidentimiz hansısa yoldaş Vovaeviçə eyham vuraraq, AİB-ə üzvlüklə Aİ-yə üzvlüyün uyğun olmadığını qeyd etmişdi”

2026/04/1775282740.jpg
Oxunub: 466     10:04     04 Aprel 2026    
“Əlbəttə, nə Tramp, nə də Amerika NATO-dan çıxmayacaq. Bunun nə mənası var, nə də Konqres buna imkan verər. Trampın ritorikası sadəcə epataj xarakteri daşıyır. Baxmayaraq ki, ABŞ hərbi kontingentinin azaldılması və ya hansısa təchizatdan imtina kimi simvolik addımlar mümkündür. Məsələ bu deyil”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

“Aydındır ki, alyans daxilində ciddi ziddiyyətlər mövcuddur və onlar İran kampaniyasına görə daha da kəskinləşib. Avropadakı siyasi dairələr, xüsusilə Brüsseldə, Avropa İttifaqı daxilində tamhüquqlu hərbi komponent yaratmaq barədə ciddi düşünməyə başlayıblar. Bu isə dünyanın mənzərəsini dəyişir.

İndiyədək bizim Avropa İttifaqına üzvlüklə bağlı ritorikamız bütün qonşularımıza, hətta Ukraynaya münasibətdə belə sakit və təmkinli olub. İstəyirsiniz, qoşulun. Amma indi hər şey dəyişməlidir: Avropa İttifaqı artıq yalnız iqtisadi birlik deyil. O, kifayət qədər tez Rusiyaya qarşı son dərəcə düşmən mövqedə olan tamhüquqlu hərbi ittifaqa çevrilə bilər və müəyyən mənada NATO-dan da pis ola bilər. Bu, siyasi kapital və pul qazanmaq üçün anti-Rusiya isteriyasını qızışdıran Avropa siyasi qüvvələrinin toplusu olacaq.

Mən nə demək istəyirəm? Məsələ bundadır: artıq qonşularımızın bu hərbi-iqtisadi Avropa birliyinə qoşulmasına tolerant münasibətdən imtina etməyin vaxtıdır. O cümlədən “404 ölkə” ilə bağlı da.

Bunu yaxın zamanda prezidentimiz də ehtiyatlı şəkildə etmişdi, hansısa yoldaş Vovaeviçə eyham vuraraq, Avrasiya İqtisadi Birliyinə üzvlüklə Avropa İttifaqına üzvlüyün uyğun olmadığını qeyd etmişdi”, - deyə Rusiyanın keçmiş prezidenti yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Moskvada Vladimir Putin ilə Nikol Paşinyan arasında keçirilən görüş zamanı Rusiya prezidenti bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə sakit yanaşır, lakin İrəvan eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Paşinyan  


Bizi "telegram"da izləyin