Bakı və Nyu-Delhi ticarət, turizm, əczaçılıq və terrorizmə qarşı mübarizəni müzakirə edib

2026/04/1775228425.jpg
Oxunub: 366     18:15     03 Aprel 2026    
Azərbaycanla Hindistan iqtisadiyyat, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

Ordu.az Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caysvalın paylaşımına istinadən xəbər verir ki, bu məsələ aprelin 3-də Hindistan XİN-in Qərb Departamentinin katibi Sibi Corcun Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə müzakirə edilib.

Caysval vurğulayıb ki, bu gün katib Corcun iştirakı ilə Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib.

"Tərəflər (məsləhətləşmələr çərçivəsində - red.) qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçiriblər. Ticarət, texnologiyalar, turizm, əczaçılıq, mədəniyyət, insanlararası əlaqələr və transsərhəd terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib", - R.Caysval yazıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hindistan  


Bizi "telegram"da izləyin