Erməni sakinlə Paşinyan arasında dialoq: “Dövlət evimi alıb qonşuma verib, niyə?”

2026/04/1775201150.jpg
Oxunub: 382     17:46     03 Aprel 2026    
“2002-ci ildən mən investisiya qoymuşam, Haytağ kəndində avtomobil təmiri xidməti açmışam, indi isə məndən qaz idarəsi 900 min pul istəyir, nəyə görə?”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın Armavir vilayətinin kəndlərindən birində ölkənin Baş naziri Nikol Paşinyana müraciət edən erməni kənd sakini deyib.

“Mən vergiləri ödəyirəm, kassa aparatını ödəyirəm, orduya ödəniş edirəm, pensiya fonduna ödəniş edirəm, niyə bu qədər pul tələb olunmalıdır ki, işləyə bilməyim?”, - deyə o bildirib.

Paşinyan isə cavabında deyib: “Bu, abunə haqqıdır, baxmaq lazımdır ki, nə dərəcədə əsaslı və haqlıdır. Bu tarifi “Qazprom” İctimai xidmətlərin tənzimlənməsi komissiyası ilə birlikdə müəyyən edir. İndi konkret bir şey deyə bilmərəm, əvvəlcə aydınlaşdıraq səbəbi nədir, sonra reaksiya verərik”.

Digər bir erməni kənd sakini qadın da Paşinyana müraciət edib: “Mənim məsələm çox ciddidir. Mən Rusiyada yaşamışam, indi Ermənistana gəlmişəm, iki əlil uşağım var. Gəlmişəm burada yaşayım, evimin sənədləri məndədir, amma dövlət xəstə uşaqlarımın və nəvələrimin evini əlimdən alıb başqasına verib”.

Paşinyan sənədlərə baxaraq qeyd edib ki, evi həmin şəxsə məhkəmə verib: “Məhkəmə verib, mən deyə bilmərəm niyə verib. Əgər məhkəmə belə qərar veribsə, deməli əsasları olub. Bu məsələni yalnız məhkəmə yolu ilə həll edə bilərsiniz, mən işin detallarını bilmirəm və suallarınıza cavab verə bilmərəm. Deməli, arxasında hansısa hadisə olub, mən bunu deyə bilmərəm. Əgər apellyasiya məhkəməsi də imtina edibsə, yaxşı olar ki, o səhifəni bağlayasınız”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin