Ermənistan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib

2026/04/IMG_5-1775223608.jpg
Oxunub: 437     17:38     03 Aprel 2026    
Aprelin 2-də Moskvada Ermənistan və Rusiya Xarici İşlər Nazirlikləri arasında Afrika istiqaməti üzrə mövcud xarici siyasət gündəliyinə dair məsləhətləşmələr keçirilib. Görüşü Ermənistan Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin müvəqqəti rəhbəri Levon Petrosyan və Rusiya Xarici İşlər Nazirliyinin Afrika ilə tərəfdaşlıq idarəsinin rəhbəri Tatyana Dovqalenko aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Afrika ölkələri, Afrika İttifaqı və digər regional qurumlarla əməkdaşlığın inkişaf perspektivlərini, Afrika dövlətləri ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini, humanitar əməkdaşlığın dərinləşdirilməsini, eləcə də qitədə mövcud vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin