Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

2025/09/1758085450.jpg
Oxunub: 428     16:31     03 Aprel 2026    
"Azərbaycan Respublikasının Səfirliyi haqqında", "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında", "Azərbaycan Respublikasının Konsulluğu haqqında" və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında" əsasnamələr təsdiq edilib.

Ordu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Əsasnamə  


Bizi "telegram"da izləyin