ABŞ səfirinin müavini: “ABŞ Ermənistanın geoloji və mədən potensialını strateji aktiv hesab edir”

2026/04/1775220350.jpg
Oxunub: 473     16:40     03 Aprel 2026    
“2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammitində, prezident Donald Trampın baş nazir Nikol Paşinyanı qəbul etdiyi görüşdə biz “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Zəngəzur dəhlizi-red.) adlı sənədi elan etdik və üç ikitərəfli qarşılıqlı anlaşma memorandumu imzaladıq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Geoloq Gününə həsr olunmuş tədbirdə ABŞ-nin Ermənistandakı səfirinin müavini Endryu Conson çıxışı zamanı bildirib.

“Bu addımlar ABŞ hökumətinin sabit, təhlükəsiz və rifahlı Cənubi Qafqaza sadiqliyini vurğulayır. Bu öhdəliyə əsaslanaraq ABŞ və Ermənistan mədən sənayesi və geoloji kəşfiyyat sahəsində əməkdaşlığımızı fəal şəkildə müzakirə edir və genişləndirir. Ümumi məqsədimiz məsuliyyətli investisiyaları cəlb edən, institutları gücləndirən və həm Ermənistan, həm də ABŞ xalqları üçün geniş faydalar yaradan bir sektor qurmaqdır.

ABŞ-nin iri investisiyaları göstərir ki, Ermənistanın geologiya və mədən sahəsi ciddi uzunmüddətli tərəfdaşları cəlb edir. Amerika şirkətləri qabaqcıl texnologiyalar, yüksək standartlar və şəffaflıqla məsuliyyətli fəaliyyətə sadiqlik gətirir. ABŞ Ermənistanın geoloji və mədən potensialını strateji aktiv hesab edir. Əgər bu sahə şəffaf və davamlı şəkildə inkişaf etdirilərsə, iqtisadi artımı təşviq edə, regional sabitliyi dəstəkləyə və gələcək nəsillər üçün imkanlar yarada bilər. Biz bu səyləri dəstəkləməyə hazırıq”, - deyə səfir müavini bildirib.

O qeyd edib ki, ABŞ ABŞ Geoloji Xidməti və digər dövlət və akademik tərəfdaşlar vasitəsilə öz təcrübəsini bölüşməyə hazırdır: “Biz geoloji xəritələşdirmə və məlumatlar, mütəxəssislərin hazırlanması, eləcə də ətraf mühit və sosial müdafiə sahəsində ən yaxşı təcrübələr üzrə əməkdaşlığı araşdırmağa hazırıq. Və bilirəm ki, bu həftə hökumətlərimiz arasında bu məsələlər üzrə səmərəli müzakirələr aparılıb. Ermənistanın geoloqları, sizin işiniz infrastruktur, enerji, su və mineral ehtiyatlarla bağlı qərarların qəbulunu istiqamətləndirir.

Bu, elmi dəqiqlik, dürüstlük və uzunmüddətli baxış tələb edir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin