Erməni siyasi xadim: “Putin Paşinyana deyil, erməni xalqına müraciət edib və ilk dəfə kartları açıb”

2026/04/1775201096.jpg
Oxunub: 446     17:12     03 Aprel 2026    
“Erməni-rus münasibətlərində artıq dönüş nöqtəsi yaranıb və Rusiya tərəfi kartlarını açaraq birbaşa erməni xalqına müraciət edi”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, Rusiya bildirir ki, Ermənistana ucuz qaz satır, dəmir yolunu bərpa edir, lakin əgər ölkə Avropa İttifaqına inteqrasiya yolunu seçərsə, iqtisadi problemlərlə üzləşəcək.

Marukyan qeyd edib ki, bu mesajlar əvvəllər daim Nikol Paşinyana ünvanlanırdı, lakin indi xüsusi olaraq açıq şəkildə səsləndirilir ki, erməni xalqı da bunu eşitsin və bilsin.

“Ola bilər ki, sabah biz Avrasiya İqtisadi Birliyindən çıxaq və Ermənistanda qazın qiyməti 600 dollar olsun, o zaman Nikol Paşinyan rusları günahlandıracaq. Buna görə də Moskvada əvvəlcədən bizə xəbərdarlıq edirlər”, - deyə o bildirib və əlavə edib ki, Paşinyan “nə baş verəcəyini əzbər bilir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marukyan   Ermənistan  


Bizi "telegram"da izləyin