“Bayraktar TB3” zərbə PUA-sı “TCG Anadolu”da “Denizkurdu-2025” təlimi üçün hazırlıq uçuşlarına başladı

2025/05/1747036533.jpg
Oxunub: 102     12:54     12 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının təşkil etdiyi “Denizkurdu-2025” təlimi çərçivəsində “Bayraktar TB3” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) “TCG Anadolu” gəmisində hazırlıq uçuşlarına uğurla davam edir.

Ordu.az xəbər verir ki, təlim ssenarisinin mühüm hissəsi olan bu missiyalar 2025-ci il mayın 14-də keçiriləcək Hörmətli Müşahidəçi Günündə yerinə yetiriləcək.

2025-ci il mayın 9-da Keşandan havaya qalxan PT-3 və PT-4 bort nömrəli 2 “Bayraktar TB3” zərbə PUA-sı “TCG Anadolu” gəmisinə uğurla yerləşdirilib.

Yerləşdirmədən sonra gəmidə sursatların doldurulması sınaqları aparılıb.

2 zərbə PUA-sı bir-birinin ardınca qalxıb enərkən, “TCG Anadolu” üzərindəki Yerüstü Nəzarət Stansiyası (GSC) vasitəsilə nəzarət prosesləri eyni vaxtda həyata keçirilib.

Bütün uçuş və enişlərin “Baykar” tərəfindən hazırlanmış süni zəka dəstəkli tapşırıq alqoritmləri ilə tam avtonom şəkildə həyata keçirildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Baykar  


Bizi "telegram"da izləyin