Almaniya Fələstin əhalisinə 30 milyon avro yardım ayıracaq

2025/04/1745222706.jpg
Oxunub: 495     02:41     12 May 2025    
Almaniya, Fələstin əhalisinə 30 milyon avro həcmində humanitar yardım ayıracaq.

Ordu.az "DPA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fələstin Baş naziri Məhəmməd Mustafa ilə Ramallahda keçirdiyi görüşdən sonra məlumat verib.

Ayrılan vəsait ərzaq yardımı, su təchizatı, səhiyyə xidmətləri və müvəqqəti mənzillərin inşası üçün istifadə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fələstin  


Bizi "telegram"da izləyin