Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.
“Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini bir daha təkrarlayıb: Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəs əldə etməkdir”, - Dövlət Departamentinin bəyanatında deyilir.
Hindistan və Pakistan arasında münaqişənin gərginləşməsini müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.
“Dövlət katibi ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və əlaqələri yaxşılaşdırmaq üçün səyləri davam etdirməyə çağırıb”, - deyə məlumatda vurğulanıb.
Ordu.az