Ordu.az-ın məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Misir və Qətər “HƏMAS”ın amerikalı girov Eden Aleksandrı azad etmək razılaşmasını alqışlayır. Biz bu qərarı xoşməramlı jest və Qəzzada atəşkəs, girovların və fələstinli məhbusların azad edilməsi və Zolağa maneəsiz humanitar yardımın bərpası ilə bağlı danışıqların bərpası istiqamətində ümidverici addım hesab edirik”, - deyə bəyanatda bildirilir.
Ordu.az