PKK terror təşkilatı ləğv olunur

2025/03/46696-1740980554.jpg
Oxunub: 745     20:36     11 May 2025    
PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.

O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.

Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.

Eyni zamanda terror təşkilatının ləğvi prosesinin praktiki icrasından rəhbərlik şurası məsul olacaq.

Sonuncu isə Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.

Təşkilatın mayın 5-7-də keçirilmiş XII qurultayı barədə yayılan açıqlamada göstərilib ki, nəticələrlə bağlı çox qısa müddətdə ictimaiyyətə məlumat veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   Terror  


Bizi "telegram"da izləyin