"Ukrayna danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir" - Kelloq

2025/05/1746072929.jpg
Oxunub: 629     18:13     11 May 2025    
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardan əvvəl 30 günlük atəşkəs əldə olunmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq X sosial şəbəkəsində yazıb.

“Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid. Əksinə yox", – deyə o yazıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Kiyev hakimiyyəti ilə birbaşa danışıqların bərpası təklifini alqışlamışdı.

Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin qarşısında jurnalistlərə verdiyi açıqlamada Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları əvvəlcədən heç bir şərt olmadan bərpa etməyi təklif edib. Danışıqlara mayın 15-də İstanbulda başlamasl təklif olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kelloq  


Bizi "telegram"da izləyin