Papa XIV Lev ilk xütbəsində Ukrayna və Yaxın Şərqdə sülhə çağırıb

2025/05/1746968480.jpg
Oxunub: 582     16:34     11 May 2025    
Roma Papası XIV Lev ilk bazar xütbəsini sülhə həsr edib.

Bu barədə Ordu.az "Reuters"ə istinadən xəbər verir.

Papa 80 il əvvəl İkinci Dünya müharibəsinin başa çatdığını xatırladıb, Rusiya ilə Ukrayna, Yaxın Şərqdə və Hindistanla Pakistan arasında münaqişələrin həllinə çağırıb.

"İkinci Dünya müharibəsi 60 milyon insanın həyatına son qoydu. Hazırkı dramatik ssenaridə, Papa Fransiskin dediyi kimi, mən dünya liderlərinə səslənirəm: daha müharibə olmasın", - pontifik bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   Ukrayna   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin