KİV: Tramp Səudiyyə Ərəbistanında Mahmud Abbas və Əhməd Şaraa ilə görüşəcək

2024/08/1724387229.jpg
Oxunub: 577     13:07     11 May 2025    
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək.

Ordu.az-ın xəbərinə görə, “The Jerusalem Post” Fələstin mənbələrinə istinadən Trampın Məhəmməd bin Salmanla görüşündə Fələstin Prezidenti Mahmud Abbas və Suriya Prezidenti Əhməd al-Şaraanın da iştirak edəcəyini yazıb.

Qeyd edək ki, Donald Trampın Yaxın Şərqə səfərində məqsəd Körfəz ölkələrindən ABŞ-a investisiya cəlb etmək, Qəzza sektorunda atəşkəsə nail olmaq və İranın nüvə ambisiyasına qarşı çıxmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Abbas   Şaraa  


Bizi "telegram"da izləyin