Tramp Kəşmir probleminin həllinə çalışacaq

2025/05/1746592340.jpg
Oxunub: 661     09:15     11 May 2025    
ABŞ Prezidenti Donald Tramp Pakistan və Hindistan arasındakı Kəşmir probleminin həllinə çalışacaq.

Ordu.az-ın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib.

ABŞ Prezidenti Pakistan və Hindistan rəhbərliyinin hazırkı qarşıdurmanı dayandırmağın vaxtı çatmasını anlayacaq müdrikliyə və iradəyə malik olması ilə qürur duyduğunu vurğulayıb: "Milyonlarla günahsız insan ölə bilərdi. Fəxr edirəm ki, ABŞ bu tarixi qərarın qəbulunda sizə kömək edə bildi”.

Hər iki ölkə ilə ABŞ arasında ticarətin genişlənməsini istədiyini nəzərə çatdıran Donald Tramp Kəşmir probleminin həlli üçün hər iki tərəflə çalışacağını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kəşmir  


Bizi "telegram"da izləyin