Putin Avropa ölkələri ilə konstruktiv münasibətlərin bərpasına ümid edir

2025/02/1740457161.jpg
Oxunub: 591     09:02     11 May 2025    
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə münasibətlərin gec-tez bərpa olunacağına ümid etdiyini bildirib.

Ordu.az "TASS"a istinadən xəbər verir ki, Putin bu barədə mətbuat konfransında bildirib.

“Ümid edirik ki, tez ya da gec, tarixdən çıxarılan dərslərə və xalqların rəyinə əsaslanaraq, Avropa dövlətləri ilə konstruktiv münasibətlərin bərpası istiqamətində hərəkət etməyə başlayacağıq. Bu, bu gün hələ də anti-Rusiya ritorikasından və açıq-aşkar aqressiv hərəkətlərdən imtina etməyən ölkələrə də aiddir”,- Putin qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Avropa  


Bizi "telegram"da izləyin