ABŞ, Avropa və Ukrayna müharibənin dayandırılması üçün 22 maddəlik sənəd hazırlayıblar

2025/05/1746940555.jpg
Oxunub: 828     07:16     11 May 2025    
ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya – Ukrayna müharibəsinin dayandırılması üçün 22 təklifdən ibarət sənəd hazırlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Məlum olub ki, sənədin maddələrindən biri 30 günlük atəşkəsi nəzərdə tutur.

Bundan başqa, planda ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi tələbi də yer alıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların “ləngimədən və ilkin şərtlər olmadan” mayın 15-də İstanbulda başlanmasını təklif etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin