Çinin XİN başçısı Hindistan və Pakistanı atəşkəs rejiminə riayət etməyə çağırıb

2024/06/c27ef-1718039181.jpg
Oxunub: 720     06:37     11 May 2025    
Çin Cəmmu və Kəşmir bölgəsində Hindistan və Pakistan arasında münaqişənin yenidən başlamasını qabaqlamağı zəruri hesab edir və hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə çağırır.

Ordu.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib.

“Çin Pakistan və Hindistan arasında tezliklə atəşkəsin əldə olunmasını gözləyir və dəstəkləyir. Hər iki tərəf münaqişənin yenidən başlamasının qarşısını almaq üçün buna nail olduqdan dərhal sonra birlikdə ona riayət etməlidir”, – Çin xarici siyasət idarəsinin saytı ÇXR XİN başçısının sözlərini təqdim edib.

Van İ mayın 10-da pakistanlı həmkarı İshaq Dar və Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə telefon danışıqları aparıb.

Darla söhbətində ÇXR XİN başçısı Pekinin Kəşmirdəki münaqişənin eskalasiyasından narahat olduğunu vurğulayıb. O, mülki əhali arasında itkilərlə bağlı başsağlığı verib, həmçinin Pakistanın suverenliyini və milli ləyaqətini dəstəklədiyini bildirib. O qeyd edib ki, bu ölkə "terrorizmə qarşı mübarizədə beynəlxalq səylər baxımından ön sıralarda yer alır və öz mühüm töhfəsini verir".

Dovalla telefon danışığı zamanı Van İ Hindistan – Pakistan münaqişəsinin kəskinləşməsinə səbəb olan terror aktını pisləyib və Pekinin terrorçuluğun hər hansı təzahürünə qarşı çıxdığını xatırladıb.

Daha əvvəl Nyu-Dehli və İslamabad Bakı vaxtı ilə saat 15:30-dan etibarən atəşkəs rejimini razılaşdırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   XİN   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin