Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb

2025/05/1746592209.jpg
Oxunub: 573     04:52     11 May 2025    
Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.

Ordu.az xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi açıqlama yayıb.

Əvvəlcə hava məkanının 3:15-dən 12:00-a qədər bağlanacağı bildirilmişdi.

Lakin müddətin başa çatmasına az qalmış, hakimiyyət yeni bəyanat yayaraq məhdudiyyətin uzadıldığını elan edib.

Qərarın qəbul olunmasına səbəb kimi təhlükəsizlik sahəsində mövcud vəziyyət göstərilir.

Rəsmi açıqlamada əlavə təfərrüatlar verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hava-məkanı  


Bizi "telegram"da izləyin