Makron Qərb hərbçilərinin Ukraynada yerləşdirmə ehtimalını istisna etməyib

2025/03/1741418140.jpg
Oxunub: 582     04:09     11 May 2025    
Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrinin bir neçə min hərbçisini Ukraynada yerləşdirmə ehtimalını istisna etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Makron "Le Parisien" qəzetinə müsahibəsində bildirib.

"Əsas məsələ Ukraynada hərbçilərin olmasıdır. Bu, bir neçə min nəfər ola bilər, amma yüz minlərlə yox. Məsələ sayda deyil. Məsələ ondadır ki, biz orada ehtiyat qüvvə kimi sığorta rolunu oynamaq üçün mövcud olacağımızı bəyan edirik", - Makron qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ukrayna  


Bizi "telegram"da izləyin