Starmer: "Britaniya Hindistan və Pakistan arasında gərginliyin azaldılmasına çalışır"

2025/02/1740717689.jpg
Oxunub: 556     03:28     11 May 2025    
Britaniya son bir neçə gündə Hindistan və Pakistanla danışıqlar apararaq sərhəddə gərginliyin azaldılmasına çalışır.

Ordu.az xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer "Sky News" telekanalına açıqlamasında bildirib.

"Artıq bir neçə gündür ki, tərəflərlə əlaqədəyik və gərginliyin azaldılması üçün səylər göstəririk. Hər iki ölkə ilə dialoq aparırıq, xarici işlər naziri həm Hindistan, həm də Pakistanlı həmkarı ilə danışıb. Atəşkəsin əldə olunmasını alqışlayırıq və bu qərarın davamlı və uzunmüddətli olmasına ehtiyac var", – deyə Starmer vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Britaniya   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin