KİV: Tramp Səudiyyə Ərəbistanındakı sammitdə Fələstinin müstəqilliyini tanıya bilər

2025/05/1746768021.jpg
Oxunub: 566     16:52     10 May 2025    
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı sammitdə Fələstinin dövlət müstəqilliyinin tanınması barədə bəyanat verə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti ABŞ-nin “The Media Line” agentliyinə istinadən yazır.

"Prezident Donald Tramp Fələstin dövləti məsələsi və onun ABŞ tərəfindən tanınması ilə bağlı qərarını, o cümlədən HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılmasını elan edəcək", – məlumatda qeyd edilib.

Mənbələrin məlumatına görə, Fələstinin tanınması qərarı HƏMAS-ın yeni dövlətin idarə edilməsində iştirak etməməsi şərtinə əsaslanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Fələstin  


Bizi "telegram"da izləyin