Merts Putinlə mümkün görüşünün şərtini açıqlayıb

2025/04/1744605773.jpg
Oxunub: 533     16:19     10 May 2025    
Almaniya kansleri Fridrix Merts Ukraynada müharibənin dayandırılmasına kömək edəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Bild”ə istinadən məlumat yayıb.

"Əgər ehtiyac yaranarsa, əgər bu müharibəyə son qoymağa kömək edərsə, mən bir çox şeyə hazıram", - o bildirib.

F.Mertsin sözlərinə görə, ilk növbədə Ukraynada atəşkəsə nail olmağa diqqət yetirmək lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Putin  


Bizi "telegram"da izləyin