Hindistan Pakistan tərəfindən qarşılıqlı addımlar atılacağı təqdirdə gərginliyin azaldılmasına hazırdır

2025/05/1746871107.jpg
Oxunub: 428     13:51     10 May 2025    
Hindistan Pakistan tərəfindən oxşar addımlar atılacağı təqdirdə gərginliyin azaldılmasına hazırdır.

Ordu.az Hindistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Vyomika Sinqh brifinqdə bildirib.

O qeyd edib ki, Hindistan Pakistan tərəfinin qarşılıqlı cavab verəcəyi təqdirdə gərginliyi artırılmamasına sadiqdir.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin