Pakistan Türkiyə istehsalı olan PUA-lar ilə Hindistanı hədəf alıb

2025/05/Ekran-1746868710.jpg
Oxunub: 623     13:35     10 May 2025    
Hindistan mayın 7-dən 8-nə keçən gecə həyata keçirilən hücumlarda Pakistan ordusunun Türkiyə istehsalı olan ASİSGUARD SONGAR Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etdiyini iddia edib.

Ordu.az xəbər verir ki, Pakistan və Hindistan arasında gərginlik davam edərkən, Hindistan son açıqlamasında Pakistan ordusunun mayın 7-dən 8-nə keçən gecə həyata keçirilən hücumlarda Türkiyə istehsalı olan ASİSGUARD SONGAR PUA-larından istifadə etdiyini iddia edib.

“Awaz The Voice”un xəbərinə görə, mayın 9-da mətbuata açıqlama verən hindistanlı polkovnik Sofiya Qureşi Pakistanın 36 fərqli yerdə 300-400 PUA-dan istifadə etdiyini təsbit etdiklərini deyib.

Qureşi izah edib ki, PUA hücumlarının çoxu Hindistan təhlükəsizlik qüvvələri tərəfindən həm fiziki üsullar, həm də texnoloji müdaxilələrdən istifadə etməklə endirilib.

O, açıqlamalarına davam edərək, ilkin müayinələrdən sonra vurulan PUA-ların Türkiyənin ASİSGUARD şirkətinin istehsalı olan SONGAR PUA-ları olduğuna inandıqlarını bildirib.

Digər tərəfdən, keçirilən brifinqdə Qureşi həmçinin bildirib ki, Pakistan qüvvələri mayın 7-dən 8-nə keçən gecə Hindistanın infrastruktur obyektlərini hədəfə alıb və onun qərb sərhədində hava məkanını bir neçə dəfə pozub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Türkiyə   Hindistan  


Bizi "telegram"da izləyin