Çin XİN: Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq

2025/05/1746862335.jpg
Oxunub: 432     11:23     10 May 2025    
Çin Hindistan ilə Pakistanı münaqişənin sülh yolu ilə nizamlanmasına qayıtmağa və vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsinin bəyanatında qeyd olunub.

O bildirib ki, Pekin bu məsələdə konstruktiv rol oynamağa hazırdır:

"Biz həm Hindistanı, həm də Pakistanı sülh və sabitliyi ön plana çıxarmağa, sakitliyi və təmkini qorumağa, gərginliyin daha da artmasına səbəb olacaq addımlardan çəkinməyə təkidlə çağırırıq".

Çin tərəfinin fikrincə, "bu, Hindistan və Pakistanın əsas maraqlarına cavab verir, regional sülh və sabitliyə töhfə verir, həmçinin beynəlxalq ictimaiyyətin ümumi gözləntisidir".

Hindistan və Pakistan arasında münasibətlər aprel ayının sonunda gərginləşib. Mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib.

Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan   Çin  


Bizi "telegram"da izləyin