Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqlayıb

2025/05/1746856558.jpg
Oxunub: 469     09:43     10 May 2025    
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti ölkə ordusunun Cammu və Kəşmir əyalətindəki Birnala şəhərində aerodromun və üç nəzarət-buraxılış məntəqəsinin məhv edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bununla yanaşı, ölkə ordusunun Cammu və Kəşmir bölgəsinin Punç mahalının Bhimber-Qali kəndində Hindistan Silahlı Qüvvələrinin briqada qərargahını məhv etdiyi bildirilib.

Qeyd edək k, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan   Aerodrom  


Bizi "telegram"da izləyin