Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

2025/05/1746852777.jpg
Oxunub: 486     06:44     10 May 2025    
Pakistan kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb.

Ordu.az xəbər verir ki, bu haqda “Geo” təhlükəsizlik mənbələrinə istinadən məlumat verib.

“Indian Express” isə Hindistan sakinlərinə mümkün haker hücumları barədə əvvəlcədən xəbərdarlıq edildiyini yazıb.

“The Times of India” Hindistanın Cammu və Kəşmir əyalətinin iki rayonunda Pakistanla gərginlik fonunda elektrik enerjisi tamamilə kəsildiyi haqda məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Kiberhücum   Hindistan  


Bizi "telegram"da izləyin