Pakistan hava məkanını müvəqqəti bağlayıb

2025/05/1746852629.jpg
Oxunub: 353     05:41     10 May 2025    
Pakistan öz hava məkanını müvəqqəti bağladığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə GeoTV Pakistan Hava Limanları İdarəsinə istinadən məlumat yayıb.

Səlahiyyətli qurumun məlumatına görə, Pakistan Hindistanın zərbələri ilə əlaqədar təhlükəsizlik məqsədilə 03:15-dən (Bakı vaxtı ilə 02:15) 12:00-dək (Bakı vaxtı ilə 11:00) hava məkanını bütün uçuşlar üçün bağlayıb.

Qeyd edək ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin