Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib

2025/05/1746852424.jpg
Oxunub: 478     04:00     10 May 2025    
Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib.

Ordu.az xəbər veirr ki, bunu Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri bəyan edib.

“Hindistan təyyarələri Nur Xan, Murid və Rafiqi kimi tanınan Şorkot aviabazalarına raket zərbələri endiriblər”, - deyə o bildirib.

Çaudri zərbələrin heç bir ziyana səbəb olmadığını deyib.

Qeyd edək ki, Hindistan mayın 7-nə keçən gecə Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin