Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil

2025/05/1746555662.jpg
Oxunub: 508     23:32     09 May 2025    
ABŞ prezidenti Donald Tramp Çin üçün tarif dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil, Pekindən də güzəştlər lazımdır.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt brifinqdə deyib.

“Prezident öz mövqeyini saxlamaqda davam edir ki, o, Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada aşağı salmaq niyyətində deyil. Onlardan güzəştlər görməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, Çindən gələn mallara ABŞ-nin ümumi rüsumları hazırda 145%-ə çatır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Çin  


Bizi "telegram"da izləyin