Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

2025/05/1746806810.jpg
Oxunub: 508     20:06     09 May 2025    
Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro Lvova səfəri zamanı deyib.

“Biz tezliklə elan edəcəyik ki, dondurulmuş aktivlərdən əldə edilən gəlirin istifadəsi sayəsində Fransa öz müəssisəsi (Fransa-Almaniya müdafiə konserni - Qeyd) vasitəsilə Ukraynaya verilən “Caesar” silahlarına texniki xidmət göstərə biləcək ”, - deyə o əlavə edib.

Söhbət Avropa Birliyi və “G7” ölkələri tərəfindən Ukraynaya hərbi müdaxiləsindən sonra dondurulmuş təxminən 300 milyard avro dəyərində olan Rusiyanın aktivlərindən gedir. Bu, Rusiyanın valyuta ehtiyatlarının demək olar ki, yarısıdır.

Ümumilikdə Fransa Ukraynaya 140-a yaxın “Caesar” haubitsasını təhvil verib. Onlar bir dəqiqədən az müddətdə yüksək dəqiqliklə 40 km-ə qədər məsafəyə malik altı mərmi atırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin