Ordu.az xəbər verir ki, sözügedən PUA 1600 km-ə qədər uçuş məsafəsinə və 120 kq-lıq döyüş başlığı daşıma qabiliyyətinə malikdir.
FP-1 PUA-sı 3.6 kq-lıq güclü termobarik döyüş başlığı ilə təchiz olunub və 60 km-lik radiusda hədəfləri məhv etmək potensialına sahibdir. Sistem kamikadze dronlar, yerüstü nəzarət stansiyası və kəşfiyyat avadanlıqları ilə təchiz olunub.
Bu yeni PUA-nın təqdimatı Ukraynanın müdafiə sənayesindəki texnoloji inkişafını və özünümüdafiə qabiliyyətini artırmaq istiqamətində atdığı mühüm addımlardan biridir.
Sevinc Əliyeva
Ordu.az