DUFAS layihəsi Türkiyə dəniz təhlükəsizliyində yeni dövr açır

2025/05/2025--1746774170.jpg
Oxunub: 490     13:19     12 May 2025    
Türkiyənin milli imkanlarla hazırladığı DUFAS (Dəniz Altı Akustik Sistemləri) layihəsi uğurla yekunlaşıb.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış yeni nəsil akustik sensorlar və idarəetmə sistemləri artıq Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə təhvil verilib.

DUFAS sistemi dənizdə sualtı hədəflərin aşkarlanması, izlənməsi və təhlil olunması üçün yüksək texnoloji imkanlar yaradır. Sınaq mərhələlərində sistemin dəqiqliyi, sürətli məlumat emalı və real vaxt rejimində işləmə qabiliyyəti xüsusilə fərqlənib. Bu texnologiya Türkiyə üçün sualtı təhlükələrə qarşı daha effektiv və çevik müdafiə imkanı təmin edir.

Layihə rəhbərliyi bildirir ki, DUFAS həm də ixrac potensialına sahibdir və yaxın gələcəkdə müttəfiq ölkələrlə əməkdaşlıq çərçivəsində təqdim olunması nəzərdə tutulur. Yeni sistem milli təhlükəsizlik strategiyasının əsas elementlərindən birinə çevrilib.

Ekspertlər hesab edirlər ki, DUFAS layihəsinin uğurla başa çatması Türkiyənin regional və qlobal dəniz təhlükəsizliyi sahəsində mövqeyini gücləndirəcək və müdafiə sənayesində innovativ texnologiyaların inkişafını sürətləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DUFAS   Türkiyə  


Bizi "telegram"da izləyin