Ordu.az xəbər verir ki, tədbir çərçivəsində onlarla müxtəlif tipli hərbi təyyarə sinxron şəkildə uçuş zolağını tərk edərək səmada mürəkkəb manevrlər nümayiş etdirib.
Bu təlimin əsas məqsədi hava donanmasının böyük miqyasda və qısa müddətdə döyüşə hazırlıq səviyyəsini yoxlamaqdır. Təyyarə heyətləri birgə koordinasiya şəraitində, real döyüş şəraitinə yaxın ssenari üzrə fəaliyyət göstəriblər. “Fil Yürüşü”nün uğurla başa çatması ABŞ Hava Qüvvələrinin çevik və sürətli reaksiya imkanlarını bir daha təsdiqləyib.
Hərbi rəhbərlik qeyd edib ki, belə təlimlər həm də potensial rəqiblərə qarşı güc nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Təlim zamanı iştirakçılar yüksək peşəkarlıq və hazırlıq nümayiş etdiriblər.
Ekspertlər bildirirlər ki, “Fil Yürüşü” hava qüvvələrinin döyüş qabiliyyətini artırmaqla yanaşı, müttəfiqlərlə birgə əməliyyatların planlaşdırılmasına da töhfə verir. Təlimin uğurlu nəticələri ABŞ-nin qlobal hərbi strategiyasında aviasiya qüvvələrinin aparıcı rolunu bir daha önə çıxarır.
Sevinc Əliyeva
Ordu.az