Ərdoğan Pakistan və Hindistana çağırış edib

2025/02/1740592928.jpg
Oxunub: 466     19:17     08 May 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Hindistana çağırış edib.

Ordu.az xəbər verir ki, o, bu barədə İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, “odun üzərinə benzin tökmək”, durumun daha da mürəkkəbləşməsində maraqlı olanlar var: “Buna baxmayaraq, biz gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanalların işə düşməsini istəyirik”.

Ərdoğan, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin