Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq

2023/06/1686379846.jpg
Oxunub: 498     19:15     08 May 2025    
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün şərt kimi Ukraynanın demilitarizasiyasına və bloksuz statusuna qarşı çıxacaq.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Nazirlər mümkün sülh nizamlanmasının prinsiplərini müzakirə ediblər", - o bildirib və vurğulayıb ki, Aİ Kiyevin demilitarizasiyası fikrinə, Ukraynanın NATO-ya qəbul edilməməsi öhdəliyinə qarşı çıxır və onun Avropa İttifaqına daxil olmasında israr edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin