Pakistan Hindistanın 25 PUA-sını məhv edib

2025/04/1744434291.jpg
Oxunub: 627     16:47     08 May 2025    
Pakistan hərbçiləri ölkənin müxtəlif şəhərlərində İsrail istehsalı olan 25 pilotsuz uçuş aparatını (PUA) vurublar.

Ordu.az Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) baş direktoru Əhməd Şarif Çaudhri bildirib.

Onun sözlərinə görə, Hindistanın 12 dronu Lahor, Attok, Qucranvala, Çakval və s. şəhərlərdə vurulub.

Məlumata görə, dronlardan birinin zərbəsi nəticəsində bir mülki şəxs həlak olub, daha bir nəfər yaralanıb.

"İsrailin “Harop” PUA-larının qalıqları Pakistan boyunca müxtəlif yerlərdə toplanır", - ISPR-in məlumatında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin