Pakistan Hindistana məxsus “Harop” kamikadze PUA-sını məhv edib

2025/05/1746706422.jpg
Oxunub: 603     16:13     08 May 2025    
Pakistan Silahlı Qüvvələri Hindistan tərəfindən bölgəyə göndərilmiş 25 ədəd “Harop” tipli kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, İsrail istehsalı olan bu döyüş sursatları Hindistan ordusunun hücum arsenalında mühüm yer tutur və yüksək dəqiqliklə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Pakistan Müdafiə Nazirliyi məlumat verib ki, “Harop”lar ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən Kəşmir bölgəsində artan hərbi gərginlik fonunda həyata keçirilən əməliyyatlar zamanı vurulub. Hadisəni əks etdirən videomateriallar ictimaiyyətə təqdim olunub və bu, Pakistan ordusunun müdafiə qabiliyyətinin nümayişi kimi dəyərləndirilib.

Bu insident bölgədə pilotsuz döyüş sistemlərinə qarşı müdafiə tədbirlərinin təkmilləşdirilməsinin vacibliyini bir daha sübut edir. Eyni zamanda, hadisə Hindistanın texnoloji üstünlüyünə qarşı Pakistanın effektiv cavab strategiyasının göstəricisi kimi də qiymətləndirilir.

Analitiklər vurğulayırlar ki, bu cür qarşılıqlı əməliyyatlar regionda silah yarışının və texnoloji rəqabətin artacağını göstərir. Hər iki tərəf müdafiə texnologiyalarının təkmilləşdirilməsinə böyük əhəmiyyət verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Harop   Hindistan  


Bizi "telegram"da izləyin