Aİ Hindistan və Pakistanı qarşılıqlı hücumlardan çəkinməyə çağırıb

2025/02/1739593772.jpg
Oxunub: 452     15:17     08 May 2025    
Avropa İttifaqı (Aİ) Hindistan və Pakistan arasında artan gərginliyi böyük narahatlıqla izləyir.

Bu barədə Ordu.az Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyanatına istinadən xəbər verir.

"Aİ hər iki tərəfi təmkinli olmağa, gərginliyi azaltmağa və hər iki tərəfdən mülki şəxslərin həyatını qorumaq üçün əlavə hücumlardan çəkinməyə, tərəfləri dialoqa çağırır", - bəyanatda vurğulanıb.

Onun sözlərinə görə, Brüssel vəziyyətin gərginliyini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin