Ordu.az xəbər verir ki, bu barədə TWZ məlumat yayıb.
Münaqişənin mərkəzində Pakistanın Çin istehsalı PL-15 aktiv radarla idarə olunan “hava-hava” raketindən istifadə etdiyinə dair güclü əlamətlər var.
Bu, PL-15-in əməliyyat mühitində ilk dəfə istifadə edildiyi kimi qeydə alınıb. Pakistan 5 Hindistan təyyarəsini vurduğunu iddia edərkən, Hindistan rəsmiləri 2 təyyarənin vurulmasını təsdiqləyib, ancaq səbəbini açıqlamayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Hindistanın Pəncab əyalətinin Hoşiarpur bölgəsinə düşən PL-15 raketinin hissələri əks olunub. Raket üzərindəki seriya nömrəsi və sınaq nişanı ilə müəyyən edilib.
Başqa bir fotoşəkildə PL-15 raketinin AESA texnologiyasına malik axtarış başlığı əks olunur. Bu texnologiyanın əvvəlki Çin istehsalı “hava-hava” raketləri ilə müqayisədə daha güclü əks-tədbirlərə qarşı mübarizə qabiliyyəti təqdim etdiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az