Almaniyanın yeni kansleri Ukraynaya səfər edəcək

2024/12/1733732330.jpg
Oxunub: 471     20:21     07 May 2025    
Almaniyanın yeni seçilmiş kansleri Fridrix Mertz qarşıdakı həftələrdə Ukraynaya səfər etmək niyyətində olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə kansler Fransa prezidenti Emmanuel Makronla Parisə verdiyi birgə mətbuat konfransında söz açıb.

“Mən, həqiqətən, qarşıdakı bir neçə həftə ərzində Ukraynaya səfər etməyi planlaşdırıram. Hazırda bu səfərin hansı formada keçəcəyinin razılaşdırılması (prosesi) gedir”, - deyə Mertz bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin