Baş nazirin müavini: "Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir"

2025/03/1741972097.jpg
Oxunub: 420     20:51     14 Mart 2025    
Ukrayna istənilən vaxt mineral ehtiyatlara dair ABŞ ilə müqavilə imzalamağa hazırdır.

Ordu.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini - Ukraynanın ədliyyə naziri Olqa Stefanişina bildirib.

“Müqavilə hazırdır, mətnə ​​heç bir dəyişiklik edilmir. Danışıqlar bitib. Sadəcə, Amerika tərəfi indiki mərhələdə onu nə vaxt və hansı şərtlərlə imzalamaq istədiyinə qərar verməyib. Ukrayna istənilən vaxt imzalamağa hazırdır”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mineral-resurslar   Ukrayna  


Bizi "telegram"da izləyin