Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə G7-nin martın 14-də dərc olunmuş bəyanatında deyilir.
“Biz həmçinin Rusiyanı atəşkəsə və onun tam şəkildə yerinə yetirilməsinə razılıq verməyə çağırdıq. Atəşkəs olmadığı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin tətbiqi variantını müzakirə etdik. O cümlədən gələcək sanksiyaları, neft qiymətlərində “tavan”ı, eləcə də Ukraynaya əlavə dəstək və digər tədbirləri müzakirə etdik”, - bəyanatda göstərilir.
Nazirlər həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsini də müzakirə ediblər.
Ordu.az