Trüdonun hökumətindən bir neçə nazir Kanada Nazirlər Kabinetinin yeni tərkibinə daxil olacaq

2024/09/1727326607.jpg
Oxunub: 414     19:32     14 Mart 2025    
Kanadanın Baş naziri Castin Trüdonun hökumətindən bəzi nazirlər gələcək Baş nazir Mark Karninin Nazirlər Kabinetinə daxil olacaqlar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, xarici işlər naziri Melani Joli vəzifəsində qalacaq. Maliyyə naziri Dominik Leblan kabinetdəki yerini saxlayacaq, lakin yeni portfel alacaq. Onun yerini əvvəllər İnnovasiya, Elm və Sənaye Nazirliyinə rəhbərlik edən Fransua-Filipp Şampan tutacaq.

Keçmiş baş nazir müavini Xristya Friland hökumətə qayıdacaq, ona nəqliyyat naziri vəzifəsi təklif olunub.

Karni hökumətində nazirlərin sayı 36 nəfərdən 15-20 nəfərə qədər azala bilər.

Martın 9-da Kanada Liberal Partiyası Kanada Bankının keçmiş rəhbəri Mark Karnini yeni lider seçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trüdo   Kanada  


Bizi "telegram"da izləyin