QDİƏT Ukraynanın bərpa prosesində iştirak edə bilər

2025/03/d5bd1-1741957646.jpg
Oxunub: 355     16:52     14 Mart 2025    
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Ukraynanın bərpa prosesində iştirak edə bilər.

Ordu.az xəbər verir ki, bunu QDİƏT-in baş katibi Lazar Komanesku martın 14-də XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın bərpasında beynəlxalq və regional təşkilatların üzərinə böyük vəzifə düşür:

“Hazırda Ukraynada sülhün təmin olunması ilə yanaşı, bərpa prosesi barədə də ciddi düşünmək lazımdır".

O əlavə edib ki, Türkiyə münaqişənin hər iki tərəfi ilə dialoqa cəlb olunub: "Bu, münaqişənin həlli baxımından uğurlu addımdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: QDİƏT   Ukrayna  


Bizi "telegram"da izləyin