Avstriya Ukraynaya 7 milyon avro ayıracaq

2024/05/1716968129.jpg
Oxunub: 326     16:47     14 Mart 2025    
Avstriya Ukraynaya 7 milyon avro ayıracaq, bunun 5 milyonu kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi, 2 milyonu isə taxılın Yaxın Şərq ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.

Ordu.az “Die Presse”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger martın 14-də Kiyevə səfəri zamanı bildirib.

Səfər çərçivəsində Maynl-Rayzinger Ukraynanın Baş naziri Denis Şmıqalla görüşəcək.

Daha əvvəl Ukrayna XİN başçısı ilə telefon danışığında o, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Ukrayna  


Bizi "telegram"da izləyin