Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniyanın şərq sahillərində yük gəmisi ABŞ ordusu üçün reaktiv yanacaq daşıyan tankerə çırpılıb.
Hər iki gəmi alovlanıb və yanacaq Şimal dənizinə tökülüb.
Mövzu ilə bağlı açıqlama verən deputat Qraham Stuart gəmilərdə olan 37 ekipaj üzvünün hamısının təhlükəsiz olduğunu, birinin isə xəstəxanaya aparıldığını bildirib.
Stuart sızıntının səbəbinin Dəniz Qəzalarının Araşdırılması Şöbəsi tərəfindən araşdırıldığını və sızıntının “mümkün ekoloji təsiri”ndən narahat olduğunu deyib.
Bu çərçivədə toqquşmadan sonra xilasetmə qayıqları, sahil mühafizə təyyarələri və ticarət gəmiləri tərəfindən xilasetmə əməliyyatı həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az