Tramp ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyini düşünür

2025/01/1736604314.jpg
Oxunub: 401     00:28     14 Mart 2025    
ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcək.

Ordu.az “Sky News“a istinadən xəbər verir ki, Tramp bunu NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.

“Bəli, düşünürəm ki, bu baş verəcək. Hazırda bu məsələdə açar rolu oynaya biləcək şəxsin yanında oturmuşam”, - Ağ Ev rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Qrenlandiya ABŞ-yə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qrenlandiya  


Bizi "telegram"da izləyin